Ermənistan Qarabağda necə tələyə düşdü? Paşinyan açıqladı

24.08.2026

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“1988-ci ildə başlayan və Qarabağın Ermənistana birləşdirilməsini tələb edən hərəkat ölkə üçün ciddi nəticələrə səbəb oldu”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyanın sözlərinə görə, Qarabağ məsələsi son nəticədə Ermənistanın təhlükəsizliyinə mənfi təsir göstərən bir “tələ”yə çevrilib:

“Erməni cəmiyyəti bu reallığı daha əvvəl dərk etməli idi. Qarabağ münaqişəsinin belə xarakter daşıdığını anlamadan həqiqətən müstəqil, insanların azad, təhlükəsiz və firavan yaşaya biləcəyi dövlət qurmaq mümkün deyil”.

Qeyd edək ki, N.Paşinyanın bu açıqlaması Ermənistanın Qarabağ siyasətinə münasibətdə son illərdə formalaşdırdığı yeni yanaşmanın davamı kimi qiymətləndirilir./Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью