Ermənistan Qərb Rusiya savaşının poliqonuna çevrilir? | Icma.az
Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanda son dövrlər baş verən siyasi proseslər ölkənin daxili siyasi gündəmindən daha çox, xarici güclər arasında gedən geosiyasi qarşıdurmanın açıq təzahürünə çevrilib.
Müşahidələr göstərir ki, mövcud hakimiyyətin Qərb dairələrinin dəstəyi ilə formalaşması, paralel olaraq Rusiyaya yaxın çevrələrin yeni siyasi layihələrlə aktivləşməsi ölkəni böyük güclərin maraq toqquşmasının mərkəzinə çevirib.
Politoloqların fikrincə, Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyət Qərbin regional maraqlarına uyğun siyasət həyata keçirir, “Güclü Ermənistan” Partiyası ətrafında cəmləşən qüvvələr isə Moskvanın təsir imkanlarını qorumaq məqsədi daşıyır.
Bu vəziyyət Ermənistan cəmiyyətində siyasi qütbləşməni daha da dərinləşdirir və ölkənin gələcək taleyinin daxili ictimai iradədən çox, hansı geosiyasi mərkəzin üstünlük qazanacağından asılı olduğunu göstərir.
Xüsusilə 2026-cı ildə keçiriləcək seçkilər fonunda bu qarşıdurmanın daha kəskin mərhələyə keçəcəyi istisna edilmir.
Ermənistan üzərindən Cənubi Qafqaz planları Politoloq Azad Məsiyev “Xalq Cəbhəsi” nə açıqlamasında deyib ki, Ermənistan tarixən müstəqil və suveren dövlət kimi deyil, üçüncü dövlətlərin təsir aləti kimi fəaliyyət göstərib.
Onun sözlərinə görə, Ermənistanın siyasi sistemi və hakimiyyət mexanizmləri heç vaxt milli maraqlara əsaslanmayıb, əksinə, müxtəlif xarici güclərin təsiri altında formalaşıb: “Bu gün Ermənistanda fəaliyyət göstərən siyasi partiyaların böyük əksəriyyəti müstəqil ideoloji xəttə malik deyil.
Tam oxu
Xəbəri oxu