Ermənistan raket istehsalına başlayır: Müharibəyə hazırlıq?

07.10.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan və Hindistan “Pinaka Mk-II” raketlərinin birgə istehsalı və yığılması imkanlarını müzakirə edirlər. İstehsalın Ermənistan ərazisində həyata keçirilməsi nəzərdə tutulub.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Hindistanın “IDRW” hərbi portalı məlumat yayıb. 

Nəşr qeyd edir ki, potensial razılaşma iki ölkə arasında hərbi-sənaye əməkdaşlığın inkişafında yeni mərhələnin başlanmasına və Ermənistanın idxal olunan sursatdan asılılığını qismən azaltmağa imkan yarada bilər.

Məlumatda Ermənistan Silahlı Qüvvələrinin artıq Hindistan istehsalı olan “Pinaka Mk-II” idarəolunan raketlərini, eləcə də “Pinaka” uzaqmənzilli idarəolunmayan raketlərini aldığı bildirilir. Lakin hansı konkret modifikasiyanın potensial yerli istehsal proqramının əsasını təşkil edə biləcəyi hələlik dəqiqləşdirilməyib. Portalın yazdığına görə, Ermənistanın öz ərazisində istehsal qurmaq marağı, digər səbəblərlə yanaşı, müasir raket artilleriyasının spesifik xüsusiyyətləri ilə əlaqələndirilir. 

Çoxsaylı buraxılışa malik raket sistemləri uzunmüddətli döyüş əməliyyatları zamanı xeyli miqdarda sursat sərf etməyə qadirdir. Ona görə də yerli istehsal təchizat sabitliyini artıra və lazımi ehtiyatları təmin edə bilər.Əgər razılaşma əldə olunarsa, Hindistan tərəfi texnoloji dəstək, istehsal proseslərinin təşkilində kömək və Ermənistan kadrlarının təlimini təmin edə bilər.

Hindistan müdafiə sektorundakı dövlət müəssisəsi və ya Hindistan müdafiə sənayesi daxilindəki başqa bir şirkət potensial tərəfdaş kimi nəzərdən keçirilir.
Lokallaşdırmanın mərhələli şəkildə baş tutacağı gözlənilir. İlk mərhələdə Ermənistan Hindistandan təchiz edilən materialların yığımından istifadə edə bilər. Sonradan yerli istehsal məhsulların payı artırılacaq.

Lakin konkret istehsal modeli, istehsal olunacaq raket modifikasiyalarının siyahısı və texnologiya ötürülməsinin mümkün şərtləri hələ müəyyən edilməyib. Tərəflər rəsmi olaraq yekun razılaşmanın bağlandığını elan etməyiblər.Danışıqlar uğurlu olarsa, Ermənistan “Pinaka” ailəsi üçün Hindistanın xarici istehsal tərəfdaşlarından biri ola bilər.Yeni Dehli üçün belə bir layihə hazır silahların ixracından xarici bazarlarda daha lokal istehsala keçid demək olar.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью