Ermənistan RAZILIQ VERDİ Bu baş verərsə, Azərbaycanla sərhədə...

19.12.2024

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan delimitasiyadan sonra Ermənistan-Azərbaycan sərhədində üçüncü dövlətlərin qüvvələrini yerləşdirməməyə hazırdır.

Publika.az xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan “Armenpress” agentliyinə müsahibəsində deyib .

“Biz təklif edirik ki, üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrinə erləşdirilməməsi haqqında əsasnamə genişləndirilsin və bu məntiqlidir. Çünki bu ərazilərdə eskalasiya riski delimitasiya hesabına əhəmiyyətli dərəcədə azalır, ən azı minimuma endirilir", - Paşinyan bildirib.

Martın 20-də Ermənistan parlamenti ölkə ilə Avropa İttifaqı arasında Azərbaycanla sərhəddə Aİ-nin mülki müşahidə missiyasının statusu haqqında sazişi ratifikasiya edib. Yerevan və Aİ arasında müvafiq saziş 2023-cü ilin noyabrında imzalanıb.

Bundan əvvəl Avropa Parlamenti Ermənistanla əlaqələrin gücləndirilməsi ilə bağlı qətnamə qəbul edib və ölkəyə Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsi təklifini öyrənməyə çağırıb.

Hüseyn İbadlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью