Ermənistan regionda təklənmiş durumdadır POLİTOLOQ | Icma.az
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu strateji mənzərə Azərbaycana öz mövqelərini daha da möhkəmləndirməyə və Ermənistana qarşı hüquqi aspektləri genişləndirməyə imkan verirErmənistanın Baş naziri Nikol Paşinyan sənədin preambulasında müstəqillik bəyannaməsinə istinadın dəyişdirilməsi üçün ölkə Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı referenduma təklif verməyi planlaşdırır.
Əvəzində onun müəllifi olduğu “Real Ermənistan” layihəsindən istifadə olunacaq.
Bu barədə “Hraparak” hakim Mülki Müqavilə Partiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Paşinyan təşəbbüsə geniş siyasi dəstək olmasa belə, bu planı həyata keçirmək əzmindədir.
Qeyd edək ki, 2024-cü ilin sentyabrında Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsinin mümkünlüyünü bəyan edib.Siyasi şərhçi Aqşin Kərimov deyib ki, Ermənistanda Konstitusiya dəyişikliyi ilə bağlı müzakirələrin rəsmi səviyyədə qüvvətlənməsi Prezident İlham Əliyevin diktə etdiyi mövqelərə əsaslanır.
Ekspertə görə, məntiqlə, Ermənistanın yeni konstitusiyası Nikol Paşinyan və komandasının ərsəyə gətirəcəyi bir kodeks deyil: "Bu, daha çox Prezident İlham Əliyevin yazdığı və diktə etdiyi prinsiplərdir.
Çünki Ermənistan Azərbaycanın regionda yeni reallıq yarada bilmə gücünün bundan sonra da davam edə biləcəyini istisna etmir.
Tam oxu
Xəbəri oxu