Ermənistan rəhbəri sülhə sadiqliyini əməli addımlarla sübut etməlidir | Icma.az
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın Ermənistana tranzitlə bağlı bütün məhdudiyyətləri ləğv etməsi həqiqətən də tarixi addımdır.
Bu təşəbbüsün müəllifi Azərbaycan Prezidenti İlham Əliyevdir.
Dövlətimizin başçısı ötən gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata bəyanatında bu barədə açıqlama verdi.
Cənab Prezident bəyan etdi: "Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub.
Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".Bu addım regionda sülhə, sabitliyə və əməkdaşlığa böyük töhfədir.
Bəli, Azərbaycan növbəti dəfə bütün dünyaya nümayiş etdirdi ki, biz sülhü təkcə kağız üzərində deyil, praktikada reallaşdırırıq.
Prezident İlham Əliyev Astanada keçirilən Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclasında çıxışı zamanı bu məsələyə toxunaraq bildirdi ki, Azərbaycan və Ermənistan arasında sülh prosesində artıq yeni mərhələ başlanıb: “Bu gün Azərbaycan və Ermənistan arasında sülhün yeni mərhələsi başlayıb.
Tam oxu
Xəbəri oxu