Ermənistan rəsmən Avropa İttifaqı yolunu tutdu

09.01.2025

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hurriyyet.az xəbər verir ki, rəsmi İrəvan Avropa İttifaqına daxil olmaqla bağlı qanun layihəsini təsdiqləyib.
Ermənistan hökumətinin 9 yanvar tarixli iclasında "Ermənistan Respublikasının Avropa İttifaqına daxil olması prosesinin başlanması barəsində" qanun layihəsi qəbul olunub.
Nazirlər Kabinetinin iclasında məsələni xarici işlər naziri Ararat Mirzoyan təqdim edib. Mirzoyan deyib: "Vətəndaş təşəbbüsü qismində parlamentə Ermənistanın Aİ-yə daxil olması prosesinin başlanması barəsində qanun layihəsi təqdim edilib. İndi hökumət öz mövqeyini bildirməlidir. Biz müəyyən vəziyyətlərdən çıxış edərək müsbət mövqe göstərməyi təklif edirik".
Hürr Tərcüman

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью