Ermənistan rəsmiləri Zəngəzura gəliblər

23.10.2026

Icma.az, Ayna saytına istinadən bildirir.

Ermənistan hakimiyyəti TRIPP layihəsinin tikintisinə hazırlığı müzakirə edib

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan, ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan, Şəhərsalma Komitəsinin sədri Yegiazar Vardanyan və digər rəsmi şəxslər Zəngəzur bölgəsinə səfər ediblər. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan rəsmiləri TRIPP infrastruktur layihələndirmə işlərinin başlanması ilə bağlı təşkilati məsələləri müzakirə etmək və layihənin gələcək gedişatını müəyyənləşdirmək üçün Zəngəzur bölgəsinə səfər ediblər.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan TRIPP layihəsi üzrə tikinti işlərinin 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində başlaya biləcəyini açıqlayıb. O, 2027-ci ilin əvvəlinin daha real bir tarix olduğunu bildirib. Məlumata görə, hazırda ərazinin təmizlənməsi, texniki qiymətləndirmə və digər hazırlıq işləri aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью