Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan bildirib ki, ölkəsi Rusiya ilə münasibətlərdə məsələlərin dostluq şəraitində həllini istəyir.
Modern.az xəbər verir ki, o, Baş nazir Nikol Paşinyanın dekabrda Rusiyaya “barışıq gündəliyi” ilə gedib-getməyəcəyinə dair jurnalistlərin sualını cavablandırıb.
“Ermənistan heç kimlə düşmənçilik etmir ki, barışıq gündəliyi də olsun. Tərəfdaşlarımızla bütün məsələləri dostluq şəraitində, təbii ki, Ermənistanın maraqlarından çıxış edərək və qarşılıqlı maraqlara hörmətlə həll etmək gündəliyimiz var”, – Rubinyan deyib.