Ermənistan Rusiya maye qazını Azərbaycan vasitəsilə almağı nəzərdən keçirir | Icma.az
Yeniavaz saytına istinadən Icma.az xəbər verir. Ermənistan Rusiyadan aldığı maye qazı Azərbaycan ərazisi vasitəsilə nəql etməyi nəzərdən keç
Yeniavaz.com xəbər verir ki bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin mətbuat katibi Lilit Şaboyan Rusiyanın TASS xəbər agentliyinə açı
Onun sözlərinə görə, Ermənistan hazırda maye qazı əsasən Rusiya və İrandan idxal edir.
Lakin son dövrlər bu istiqamətlər üzrə müəyyən problemlər yaranıb.
Şaboyan qeyd edib ki, İranda mövcud vəziyyətlə bağlı çətinliklər müşahidə olunur, Rusiya istiqamətində isə tədarükün gecikməsi Rusiya-Gürcüstan sərhədində yerləşən Yuxarı Lars keçid məntəqəsinin fəaliyyəti ilə əlaqədardır.
Nazirlik rəsmisi bildirib ki, maye qazın dəmir yolu ilə idxalına başlanması mövcud problemin qısa müddətdə həllinə imkan verəcək.
“Rusiya maye qazı çox tezliklə Azərbaycan ərazisi vasitəsilə Ermənistana çatdırılacaq”, – deyə o vurğulayıb.
Bununla belə, dəqiq çatdırılma tarixləri açıqlanmayıb. TASS xatırladır ki, daha əvvəl Ermənistanda maye qaz bazarında qıtlıq və qiymət artım
Tam oxu
Xəbəri oxu