Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
“Ermənistan mövcud Rusiya silahlarını modernləşdirməyə davam edəcək”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın müdafiə naziri Suren Papikyan jurnalistlərə açıqlamasında belə deyib.
“Əvvəllər alınmış “Su-30”-lar üçün kifayət qədər sursat var və müəyyən əlavələrin edilməsi gözlənilir.
Onlar həm hava hücumundan müdafiədə, həm də ölkənin ərazi bütövlüyünün qorunmasında mühüm rol oynaya bilər. Ermənistan Silahlı Qüvvələri həmçinin, NATO standartlarına cavab verən ən yeni texnikanı da almağa davam edəcək”, - deyə Suren Papikyan bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin