Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Ermənistan nümayəndələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyasının Rusiyada Dövlət Dumasına keçirilən seçkilərlə bağlı müşahidə missiyasında iştirak etmirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə KTMT Parlament Assambleyasının beynəlxalq müşahidə qrupunun rəhbəri Rüstəm Şoxmurod "RİA" açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan KTMT-də iştirakını dayandırdığı üçün nümayəndələri də müşahidə missiyasına qoşulmayıb. Şoxmurod bunun Ermənistanın öz qərarı olduğunu qeyd edib.
Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-də iştirakını dondurub.
Rusiyada isə 2026-cı il Vahid Səsvermə Günü çərçivəsində doqquzuncu çağırış Dövlət Dumasına deputat seçkiləri, eləcə də ölkənin səkkiz regionunda yüksək vəzifəli şəxslərin birbaşa seçkiləri keçirilir.
Səsvermə sentyabrın 18-dən 20-dək üç gün davam edir. Müxtəlif səviyyələrdə 2 200-dən çox seçki kampaniyası çərçivəsində ümumilikdə 20 700-dən çox parlament yeri və seçkili vəzifənin taleyi müəyyənləşəcək.