Ermənistan Rusiyadan ildə 2 milyard dollar tələb edir

30.07.2026

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

O, Cənubi Qafqaz Dəmir Yolunun (Rusiya Dəmir Yolları – RJD-nin törəmə şirkəti) fəaliyyəti ilə bağlı məhkəmə çəkişmələri və arbitraja müraciət imkanını da istisna etməyib. Paşinyanın sözlərinə görə, Ermənistan dəmir yolu şəbəkəsini öz mülkiyyəti hesab edir və onu müstəqil şəkildə idarə etmək niyyətindədir.
"Məsələn, elə məsələlər ortaya çıxa bilər ki, 30 il ərzində onlara görə heç nə tələb etməmişik, amma indi icarə haqqı olaraq ildə 2 milyard dollar tələb edəcəyik", – deyə Paşinyan bildirib.
Bununla yanaşı, o, məsələni Moskva ilə dostluq şəraitində həll edə biləcəklərinə ümid etdiyini də vurğulayıb.
Qeyd edək ki, Cənubi Qafqaz Dəmir Yolu Ermənistanın dəmir yolu şəbəkəsini konsessiya əsasında idarə edir. Paşinyan daha əvvəl bu konsessiyanın üçüncü ölkələrə satılması ehtimalını da gündəmə gətirmişdi.
Məlumat üçün bildirək ki, Rusiya Dəmir Yollarının törəmə şirkəti 2024-cü ildə Ermənistanın şimalında daşqın nəticəsində dağılan dəmir yolu xətlərinin bərpası üçün təxminən 160 milyon rubl xərcləmişdi.
M. Həsənli
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью