Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Avrasiya İqtisadi İttifaqı daxilində Ermənistan Rusiyanın Ermənistan məhsullarına qoyduğu məhdudiyyətlərə etiraz edib və mövcud mexanizmlərin tətbiqi ilə maneələrin aradan qaldırılacağına ümid edir”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın iqtisadiyyat nazirinin müavini Tiqran Qasparyan keçirdiyi brifinqdə belə deyib.
Rusiya tərəfi ilə danışıqlara və məhdudiyyətlərlə bağlı əsaslandırılmış səbəblərə istinad edən Qasparyan bu məsələnin Aİİ çərçivəsində də həll olunduğunu bildirib.
“Burada təkcə Rusiya ilə əlaqələrimiz deyil, həm də Aİİ daxilindəki imkanlarımız vacibdir.
Çünki bu cür maneələri aradan qaldırmaq üçün istifadə edilə bilən xüsusi mexanizmlər mövcuddur. Biz bu imkanları fəal şəkildə araşdırırıq. Şikayət təqdim etmişik və ümid edirik ki, bu mexanizmlər maneələri aradan qaldırmaq üçün işləyəcək”, - nazir müavini bildirib.
Rusiyanın Ermənistan məhsullarının keyfiyyəti ilə bağlı iddialarının əsassız olub-olmadığına dair suala cavabında Qasparyan tətbiq olunan məhdudiyyətlərin Aİİ daxilində müəyyən edilmiş razılaşmalara və prinsiplərə uyğun olmadığını deyib.
“Bizim fikrimizcə, bu maneələr Aİİ daxilində əldə edilən razılaşmalara və prinsiplərə uyğun gəlmir. Məhz buna görə də Aİİ-in öz prinsiplərinə uyğun fəaliyyət göstərməsini təmin etmək üçün mübarizə aparırıq”, - deyə o qeyd edib.
Qasparyan vurğulayıb ki, Ermənistan pozulmuş prinsipləri bərpa etmək üçün Aİİ-in vasitələrindən istifadə edir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin