“Ermənistan sərhəd boyunca öz sərhədçilərinin iştirakını artırmaq niyyətindədir” Paşinyan

26.04.2025

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri boyunca öz sərhədçilərinin iştirakını artırmağı planlaşdırır.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Sərhədçilər Gününə həsr olunmuş tədbirdə bildirib.

"Bizim siyasətimiz Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri boyunca sərhədçilərin mövcudluğunu daha da artırmaqdır. Bu, davamlı və institusional sülhə, sabitliyə doğru gedən yolda vacib aralıq addımdır", - N.Paşinyan bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью