Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan bütün sərhədlərinin mühafizəsini mərhələli şəkildə Rusiya sərhədçilərindən alaraq milli Sərhəd Xidmətinə həvalə edəcək.
Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, islahat Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması istiqamətində aparılan işlərlə bağlıdır. Bu proses çərçivəsində Ermənistan Avropa standartlarına uyğunlaşmalıdır.
Paşinyan hakimiyyətin sərhədlər üzərində tam nəzarətin təmin olunmasına doğru ardıcıl addımlar atdığını vurğulayıb.
Qeyd edək ki, əvvəllər Ermənistanın Türkiyə və İranla sərhədlərini, eləcə də “Zvartnots” hava limanını Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri mühafizə edirdilər. Hava limanında sərhəd nəzarəti 2024-cü ildə Ermənistan tərəfinə təhvil verilib. 2025-ci il yanvarın 1-dən “Aqarak” sərhəd-keçid məntəqəsi, 2026-cı ilədək isə Türkiyə ilə sərhəddəki bütün keçid məntəqələri Ermənistanın nəzarətinə keçib.