Ermənistan sərhədi qanunsuz keçənləri 2 aya yaxındır tapa bilmir

08.02.2025

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistan tərəfi Rançpar kəndi hissəsindən Türkiyə tərəfdən sərhədi qanunsuz keçən şəxs və ya şəxsləri iki aya yaxındır ki, tapa bilmir. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Xatırladaq ki, dekabrın 12-də Milli Təhlükəsizlik Xidməti Ermənistan-Türkiyə sərhədinin pozulması barədə məlumat vermişdi. 

Xəbərdən iki ay sonra MTX yerli KİV-ə açıqlamasında bildirib ki, hələ yoxlama aparılır. 

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью