Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Ermənistanla sülh sazişinin təşəbbüskarıdır.
Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Baş naziri Viktor Orbanla mətbuata bəyanatında bildirib.
Azərbaycanın Ermənistanla sülh sazişi imzalamaq üçün 2 şərtinin məlum olduğunu açıqlayan Prezident İlham Əliyev deyib ki, Ermənistan hələ bu şərtləri qəbul etmək istəmir: “Ancaq yəqin ki, bu şərtlər qəbul ediləcək. Çünki biz qeyri-adi şərtlər irəli sürməmişik”.