Ermənistan Sinqapur prezidentləri Davosda görüşdü

23.01.2026

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Davosda Dünya İqtisadi Forumu çərçivəsində Sinqapur Prezidenti Tarman Şanmuqaratnam ilə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Bildirilib ki, görüşdə Cənubi Qafqazdakı təhlükəsizlik və siyasi vəziyyət, eləcə də Azərbaycanla sülh prosesinin gedişi barədə müzakirələr aparılıb.

Tərəflər xüsusilə informasiya və yüksək texnologiyalar sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarına diqqət çəkiblər.

Həmçinin iqtisadi və innovativ təşəbbüslərin təşviqi və beynəlxalq platformalarda əməkdaşlığın dərinləşdirilməsi vacib sayılıb.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью