Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Ermənistanda yeraltı suların istifadəsi 36,5% azaldılır.
Qaynarinfo xəbər verir ki, bu barədə Ətraf mühit naziri Hambardzum Matevosyan məlumat verib.
O bu qərarın su ehtiyatlarının qorunmasına və onların səmərəli, balanslı istifadəsinin təmin edilməsinə yönəldiyini bildirib.
Nazir qeyd edib ki, 2025-ci ildə Ararat düzənliyində səkkiz istehsal quyusu bağlanıb, 25-i isə açıq qalıb. Bununla da təxminən 34,5 milyon kubmetr suya qənaət edilib:
Dövlət ehtiyatlarından sudan istifadə üçün icazələr yalnız zəruri hallarda veriləcək:
"icazələr içməli su təchizatı və ya suvarma üçün vacib olduqda, həmçinin bölgədə alternativ su mənbələri olmadığı təqdirdə veriləcək"- deyə nazir vurğulayıb.
Qafqaz