Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistanın “Mülki müqavilə” fraksiyasından olan deputat Andranik Köçəryan deyib ki, Ermənistan Azərbaycana silah satışının qarşısını almaq üçün hər cür səy göstərməlidir.
“Biz də bir vaxtlar başqa mövqelərdə idik, amma siz başa düşməlisiniz: bizim olan bizimdir,- deyə Köçəryan deyib.
“Bizim olan bizimdir” deyəndə qədim Azərbaycan torpaqları nəzərdə tutulur?
Globalinfo.az-a danışan siyasi şərhçi Abutalıb Səmədov deyib ki, Ermənistan bu gün indiki ərazisini qoruyub saxlamaq barədə düşünür: “Ermənistanın digər torpaqlara iddia etmək, Qarabağ barədə düşünmək şansı və gücü yoxdur.
Ayrı-ayrı şəxslərin verdiyi bəyanatlar anlaşılmazlığı ilə seçilir.
Vəziyyətlərinin nə qədər ağır olduğunu bildikləri üçün cəsarətli olduqlarını göstərməyə çalışırlar. Ona görə də belə bəyanatlar verirlər.
Bir zamanlar Azərbaycana meydan oxuyan, Şuşanı Qarabağ ermənilərinin paytaxtına çevirmək istəyənlər bu gün reallığı anlayıblar.