Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Ermənistan Azərbaycana silah satışının qarşısını almaq üçün hər cür səy göstərməlidir".
Bunu parlamentdə “Mülki müqavilə” fraksiyasından olan deputat Andranik Köçəryan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin bəyanatını jurnalistlərə şərh edərkən deyib.
Hikmət Hacıyev bir müddət əvvəl bildirib ki, xarici dövlətlərin Ermənistana silah satmasının qarşısını almaq üçün hər şey etmək lazımdır.
“Biz də öz növbəmizdə Azərbaycana silah satılmasının qarşısını almaq üçün hər şeyi etməliyik”, - deyə ölkənin sərhəd xəttinin vəziyyəti və Azərbaycan silahlı qüvvələrinin "Ermənistan ərazisində olması" ilə bağlı suala Köçəryan cavab verərkən qeyd edib ki, bu müvəqqətidir.
“Biz də bir vaxtlar başqa mövqelərdə idik, amma siz başa düşməlisiniz: bizim olan bizimdir, bizim olmayan bizim deyil”, - deyib.
Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər bir dövlət özünün təhlükəsizliyini təmin etmək üçün xarici ölkələrdən silah almalı, müdafiə çətirini gücləndirməli və yeri gələndə düşmənə cavab verməlidir.
Tahir Rzayev “Azərbaycan torpaqları 30 il düşmən tapdağı altında qaldı. Şəhərlərimiz, tarixi, dini, mədəni abidələrimiz məhv edildi.