Ermənistan sülhdən yayınır

23.10.2026

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


"Son günlər müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, Ermənistan rəhbərliyi sülhdən yayınır. İndi Paşinyan 44 günlük Vətən müharibəsindən az sonra göründüyü qədər sülhpərvər deyil. Erməni baş nazir hakimiyyətə gəldiyi zaman olduğu eyforiya vəziyyətindədir".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Millət vəkili deyib ki, Ermənistan rəhbərliyi üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində lazımı addımlar atılmalıdır:
"Ermənistan hakimiyyəti unutmamalıdır ki, onun bir ölkə kimi yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsi imzalayıb normal qonşuluq münasibətləri qurmaqdır".
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью