“Ermənistan sülhə doğru gedən yolda bir addım da atmır” VİDEO

07.12.2024

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ermənistan sülhə doğru gedən yolda bir addım da atmır. Vətən Müharibəsində aldıqları acı məğlubiyyətə rəğmən yeni müharibə abu- havası ilə yaşayırlar. Suren Papikyanın ABŞ-a səfəri, Aparat Mirzoyanın Maltada çıxışı bunları deməyə əsas verir.”

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Televiziyasının efirində Millət vəkili Cavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, ABŞ tərəfinin açıqlaması isə ermənilərə açıq şəkildə dəstək verməkdir.

” Ermənistan sülh istəyirsə silahlanmadan əl çəkməlidir. Amma görünür rəsmi İrəvan dayanmadan öz ordusunu gücləndirmək üçün bütün gücündən istifadə edir” – deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videoda:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью