Ermənistan sürətlə silahlanır: “Akash”lar göndərildi

12.11.2024

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hindistan “Akash” zenit raket kompleksinin ilk batareyasını Ermənistana göndərir.

Globalinfo.az xəbər verir ki, məlumatı “Akash” komplekslərinin istehsalçısı olan “Bharat Electronics Limited” şirkəti yayıb.

“Hindistan hökumətində müdafiə istehsalı üzrə katib Sanciv Kumar “Akash”ın ilk batareya sistemlərinin xarici dost ölkəyə eksporta barədə siqnal verdi” – deyə məlumatda bildirilib.

Qeyd edək ki, “Akash” sistemləri yer-hava tipli raketlərə sahibdir. O, təyyarələr, raketlər, hava-torpaq tipli raketləri, eləcə də PUA-ları 25 kilometrə qədər məsafədə məhv etmək gücündədir.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью