Ermənistan Suriyaya yardım ayırdı: Məbləğ şok etdi

23.04.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Ermənistan hökuməti Suriyaya göndəriləcək ikinci humanitar yardım partiyası üçün 49 milyon dram (təxminən 123 min ABŞ dolları) məbləğində vəsait ayırıb.

"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Armenia” məlumat yayıb. 

Qeyd olunub ki, bu vəsait hesabına əsasən ərzaq məhsulları və dərman preparatları alınacaq.

Məlumatda bildirilir ki, martın 21-də Ermənistanın ilk humanitar yardımı Suriyaya göndərilib. Bu məqsədlər üçün Ermənistan-Türkiyə sərhədindəki "Marqara" keçid məntəqəsi 10 gün müddətinə açılıb.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью