Ermənistan tərəfi sərhəddə partlayışla bağlı açıqlama yaydı

12.12.2024

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Bu gün günorta saatlarından axşama qədər Ermənistanın Tavuş rayonunun Azərbaycanla sərhəddə yerləşən Berkaber və Kirants kəndlərinə bitişik ərazidə partlayışlar işləri aparılacaq.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. 

Berkaber kəndinə bitişik ərazidə 5 partlayış və Kirants kəndinə bitişik ərazidə 1 partlayış olacaq. 

Nazirlik partlayış işlərinin hansı məqsədlə baş tutacağını açıqlamayıb. 

Ağarza Elçinoğlu


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью