Ermənistan təxribat törədib: kəşfiyyat uçuşlarına cəhd ediblər

31.03.2025

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Ordusunun mövqeləri bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 30-u saat 21:25 radələrində Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib.

AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdinin qarşısı alınıb.

Qeyd olunub ki, bundan başqa, martın 30-u saat 22:30-dan 31-i saat 04:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью