Ermənistan TRIPP üzrə işlərə başlayır: İlk mərhələdə nələr gözlənilir?

02.11.2026

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

«Armenpress»in məlumatına görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin daimi komissiyalarının birgə iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan hökuməti TRIPP layihəsi üzrə növbəti təşkilati mərhələləri gözləmədən dəmir yolu, avtomobil yolu və elektrik ötürücü xətlərinin layihələndirilməsinə başlamaq qərarına gəlib.
«Vaxt itirməmək və işləri sürətləndirmək məqsədilə hökumət öz təşəbbüsü ilə müvafiq layihə sənədlərinin hazırlanmasına başlayacaq. TRIPP-in inkişafı ilə məşğul olacaq şirkət yaradıldıqdan sonra görülmüş işlər həmin şirkətə təhvil veriləcək», – deyə Baş nazir bildirib.
Paşinyan vurğulayıb ki, TRIPP-in həyata keçirilməsi Ermənistan üçün həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasına imkan yaradacaq.
Bununla belə, o qeyd edib ki, həmin istiqamətlərdəki bütün infrastruktur obyektləri birbaşa TRIPP layihəsinə daxil edilməyəcək.
«Layihə Nrnadzor–Karçevan (Nüvədi–Kərçivan) dəmir yolu xəttini, avtomobil yolunu və elektrik ötürücü xətlərini əhatə edəcək. Qaz və neft kəmərlərinin çəkilməsi ilə bağlı məsələlər isə sonrakı mərhələdə müzakirə olunacaq», – deyə Paşinyan əlavə edib.
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью