Ermənistan Türkiyə sərhədi açıldı: İlk olaraq 4 yük maşını gedir

21.03.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Martın 21-də beynəlxalq yükdaşıma şirkətlərindən birinin 4 yük maşını Suriyaya getmək üçün Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsinə doğru yola düşüb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, Suriyaya humanitar yardım aparan yük maşınlarında qida, dərman, gigiyena vasitələri və digər zəruri əşyalar var.

Qeyd edək ki, 21-31 mart tarixlərində Suriyaya humanitar yardım daşımaq niyyətilə Marqara sərhəd-keçid məntəqəsinin fəaliyyət göstərəcəyi bildirilmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью