Ermənistan Türkiyə sərhədi nə vaxt açılacaq?

20.03.2025

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistan-Türkiyə sərhədinin açılması məsələsində heç bir irəliləyiş yoxdur.

Bunu Ermənistan Xarici İşlər Nazirliyi "Sputnik Ermənistan"-ın sorğusuna cavab olaraq bildirib.

“Xarici İşlər Nazirliyi Ermənistan-Türkiyə nizamlanması çərçivəsində vəziyyətin inkişafı barədə vaxtında ictimaiyyətə məlumat verəcək”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, İrəvan və Ankara Marqara keçid məntəqəsini 2022-ci ildə üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açmağa razılaşıblar, lakin keçid məntəqəsi bağlı olaraq qalır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью