Ermənistan Türkiyə sərhədini artıq KONKRET

26.02.2026

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

2026-cı ilin əvvəlindən etibarən Ermənistan–Türkiyə dövlət sərhədində yerləşən “Axurik” sərhəd-keçid məntəqəsində xidməti yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının hərbçiləri həyata keçirir.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin mart ayından etibarən Rusiya sərhədçiləri Ermənistan–Türkiyə dövlət sərhədində yerləşən digər məntəqə — “Marqara” sərhəd-keçid məntəqəsində də xidmətlərini dayandırıblar.

Qeyd edək ki, daha əvvəl — 2024-cü ilin yayında Rusiya sərhədçiləri “Zvartnots” beynəlxalq hava limanındakı nəzarət-buraxılış məntəqəsini tərk etmişdilər. 2025-ci ilin yanvar ayından isə onlar Ermənistan–İran sərhədindəki nəzarət-buraxılış məntəqəsində də xidmətlərini dayandırıblar.

Beləliklə, Ermənistan ərazisində bir sıra əsas sərhəd-keçid məntəqələrində mühafizə və nəzarət funksiyası tam şəkildə yerli sərhəd qoşunlarına həvalə olunub.

Natiq Səlim,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью