Ermənistan üç ölkəyə yeni səfirlər təyin etdi

12.04.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Yaponiya, Kamboca və Moldovada yeni səfirləri təyin edilib.

Bakıvaxtı.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, müvafiq fərmanları prezident Vaaqn Xaçaturyan imzalayıb.

Yaponiyada səfir vəzifəsinə Monika Simonyan təyin edilib. Bu təyinata qədər o, Yaponiyadakı səfirlikdə ataşe vəzifəsində çalışıb.

Ermənistanın Moldovadakı yeni səfiri Tiqran Qalstyandır, o, eyni zamanda ölkənin Rumıniyadakı diplomatik nümayəndəsidir.

Ermənistanın Kambocadakı səfiri vəzifəsinə isə Suren Baqdasaryan təyin edilib. O, həmçinin ölkənin Vyetnamdakı nümayəndəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью