GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Ermənistanda konstitusiyaya dəyişiklik edilməsi məsələsi artıq aktualdır. İndiki hakimiyyət bunu həyata keçirməyə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Fakt” qəzetində qeyd olunub.
Bildirilib ki, Azərbaycanın bütün tələblərinin həyata keçirilməsi, son kapitulyasiya Ermənistan dövlətçiliyinin parçalanmasına gətirib çıxaracaq: “Xilas yolu isə hakimiyyət dəyişikliyidir.
Digər tərəfdən, Ermənistan Qərb-Rusiya proksi-savaşının ərazisinə çevrilir.
Qərb Ermənistan və Azərbaycan arasında sülh prosesini alqışlayır və tezliklə müqavilənin imzalanmasına çağırır.
Onlar Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədlərini açmaq, bununla da Rusiyanın buradakı hərbi-siyasi təsirini ləğv etmək istəyir.
Bununla yanaşı, Ermənistan malları üçün Rusiya bazarını Türkiyə və Avropa bazarları ilə əvəz etmək, Azərbaycanın neft və qaz ehtiyatları hesabına isə ölkənin Moskvadan qaz və enerji asılılığını azaltmaq fikrindədirlər”.