Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkənin təhlükəsizliyindən danışmağa dəyməz Argentinalı dələduz hüquqşünas, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo yenidən “fəallaşıb”.
O, İrəvanda keçirilmiş “Soyqırımı cinayətinə qarşı” V qlobal forumda iştirak edib və səfəri əsnasında erməni mediasına müsahibə verib.
Morenonun nələrdən söz açmasına, hansı cəfəngiyyatı dilə gətirməsinə nəzər salacaq, “Moreno-Melani tandemi”nin ermənipərəst mahiyyətindəki təzahürlərə diqqət yetirəcəyik.
Melani kimdir, nəçidir, bu barədə biləcəksiniz. Ancaq əvvəlcə bir məqamın üzərində dayanaq. Daha doğrusu, erməni hiyləgərliyinin üzərində...
Qeyd edək ki, “Soyqırımı cinayətinə qarşı” V qlobal forum Ermənistanın xarici işlər nazirliyinin təşəbbüsü ilə təşkil olunub.
Halbuki bu ilin oktyabrında qurumun rəhbəri Ararat Mirzoyan parlamentdə 2025-ci il üçün büdcə layihəsinin müzakirəsi zamanı bildirmişdi ki, qondarma “erməni soyqırımı”nın beynəlxalq aləmdə tanınması Ermənistanın xarici siyasət gündəmi üçün prioritet deyil.
O, prioritetin ölkə ətrafında sülh və sabitliyin təmin edilməsi olduğunu da vurğulamışdı.