Ermənistan USAID vasitəsilə 110 milyon dollar alıb: XİN dən açıqlama

03.03.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan 2024-cü ildə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə ümumi qrant sazişi paketindən 110 milyon dollar almağa müvəffəq ola bilib.

Oxu.Az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edildiyinə görə, sazişin ümumi məbləği 250 milyon dollar təşkil edib.

"2024-cü ilə olan vəziyyətə görə, 250 milyon dollardan 110 milyon dollar ayrılıb. Bunun 49 milyon dolları demokratik keçidin asanlaşdırılmasına sərf olunub", - deyə nazirlikdən bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью