Ermənistan və Aİ yeni tərəfdaşlıq proqramı ilə bağlı danışıqlar aparır

09.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Ermənistan və Avropa İttifaqı (Aİ) ikitərəfli münasibətlərin dərinləşdirilməsi üzrə yeni sənədlə bağlı danışıqlar aparır.

Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın “Lannen Media” nəşrinə müsahibəsində bildirib.

"Ermənistanı Avropa İttifaqına yaxınlaşdırmağa yönəlmiş siyasətimizi bilirsiniz. Ermənistan Aİ ilə münasibətlərin əhəmiyyətli dərəcədə dərinləşdirilməsinə yönəlmiş siyasət həyata keçirir. Hazırda "Yeni tərəfdaşlıq proqramı" adlı sənədlə bağlı danışıqlar aparılır", - A.Mirzoyan qeyd edib.

Onun sözlərinə görə, bu, əməkdaşlığın müxtəlif sahələrini əhatə edən hərtərəfli sənəddir.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью