Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. "Ermənistan və Azərbaycan enerji sistemlərini birləşdirəcək".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Ermənistan və Azərbaycanın enerji sistemləri mütləq bir-biri ilə əlaqəli olacaq və iki tərəf eyni şərtlər altında qarşılıqlı olaraq idxal və ixrac imkanlarından yararlanacaq", - deyə Paşinyan parlamentdə hökumət saatında TRIPP layihəsini şərh edərkən bildirib.
TRIPP layihəsinin faydalarından danışan erməni baş nazir qeyd edib ki, artıq müəyyən nəticələr əldə edilib, o cümlədən təchizat və Azərbaycan vasitəsilə benzin və taxıl idxalının qiymətləri aşağı düşüb.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.