Icma.az, Unikal.az saytına istinadən bildirir.
Ermənistan və Azərbaycan mayeləşdirilmiş təbii qaz və bitum ixrac etmək barədə razılığa gəliblər.
"Unikal" xəbər verirki, bu barədə Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan bildirib. Onun sözlərinə görə, ixrac Azərbaycan dəmir yolu vasitəsilə olacaq.
Papoyanın sözlərinə görə, Ermənistan yaxın gələcəkdə Rusiya mayeləşdirilmiş təbii qazını Azərbaycan ərazisindən dəmir yolu ilə idxal etmək niyyətindədir.
"İki ölkə mayeləşdirilmiş təbii qaz və bitumun Azərbaycan ərazisindən dəmir yolu ilə daşınması barədə razılığa gəliblər. Sahibkarlarımız artıq bu fürsətdən yararlana bilərlər", - deyə o yazıb.
Qeyd edək ki, Rusiya malları dəmir yolu ilə Bakıdan Gəncəyə və Böyük Kəsiyə dəmir yolu ilə Gürcüstan sərhədinə qədər dəmir yolu xətti ilə daşınacaq (təxminən 500 km). Oradan Qardabanidən Tbilisiyə və daha sonra Ermənistan sərhədinə (Sadaxlo-Ayrum) gedən marşrut 120 km-dir.