Ermənistan və Azərbaycan Sülh müqaviləsi üzrə razılaşdılar

13.03.2025

Operativ MM saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycannla sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin razılaşdırılması və bu barədə danışıqların başa çatması faktını təsdiq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ermənistan XİN bununla bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan Xarici İşlər Nazirliyi diplomatik kanallarla Azərbaycan XİN-ə Ermənistan Respublikasının "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş" layihəsinin iki razılaşdırılmamış maddəsi üzrə Bakının təkliflərini qəbul etdiyinə dair məlumat verib.

“Beləliklə, sülh sazişi imzalanmağa hazırdır. Ermənistan sənədin imzalanma vaxtı və yeri barədə Azərbaycanla məsləhətləşməyə hazırdır”, - açıqlamada qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью