Ermənistan və Azərbaycan xalqları... Paşinyan

25.08.2026

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, keçmiş prezident Robert Koçaryan və "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın təmsil etdiyi yerli müxalifət KTMT sülhməramlılarının ölkəyə gətirilməsini istəyir.

"Bakupost" xəbər verir ki, bu barədə "İnterfaks" nəşri məlumat yayıb.

Məlumata görə, çərşənbə axşamı parlamentdə "Ermənistan" və "Güclü Ermənistan" müxalifət fraksiyalarına xitab edən hökumət başçısı deyib:

"Sizin məqsədiniz KTMT sülhməramlılarının Ermənistana daxil olmasını təmin etməkdir. Heç bir KTMT sülhməramlısı olmayacaq, ümumiyyətlə, ölkədə heç bir xarici sülhməramlı qüvvə yerləşdirilməyəcək".

"Onlar olmayacaq, çünki artıq sülh təmin edilib, çünki Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır", - deyə hökumət rəhbəri əlavə edib.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью