Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçiriləcək"
Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov bu ay Nyu-Yorkda görüşəcəklər. AYNA.AZ xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri A.Mirzoyan "Azadlıq" radiosunun sualına cavabında deyib.
Mirzoyan gündəliyi dəqiqləşdirmədən deyib ki, "görüş BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçiriləcək".
Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də Nyu-Yorkda başlayıb.
İki ölkənin xarici işlər nazirlərinin son görüşü sentyabrın əvvəlində Bişkekdə, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub. Görüşdən sonra Bayramov Mirzoyanla bir sıra məsələlər barədə fikir mübadiləsi apardıqlarını və tezliklə yenidən görüşəcəklərini bildirib.
Bir gün əvvəl ABŞ-ın Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen Bakıya səfər edib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşündə Ermənistan-Azərbaycan sülh prosesi və TRIPP layihəsində davam edən işlər, o cümlədən TRIPP inkişaf şirkətinin yaradılması müzakirə olunub.