Ermənistan və Bolqarıstan TRIPP layihəsinin reallaşdırılmasını müzakirə ediblər

26.01.2026

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan və Bolqarıstan parlamentinin Bolqarıstan-Ermənistan dostluq qrupunun sədr müavini Manoil Manevin rəhbərlik etdiyi nümayəndə heyəti Tramp Marşrutu (TRIPP) layihəsinin icrası prosesini müzakirə ediblər.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, tərəflər ikitərəfli münasibətləri yeni səviyyəyə yüksəltmək imkanlarını nəzərdən keçiriblər.

Kostanyan TRIPP layihəsinin icrası üzrə görülən işlərin gedişatı barədə məlumat verərək qeyd edib ki, bu layihə Ermənistan və Bolqarıstan üçün nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.

Bundan əlavə, tərəflər informasiya texnologiyaları, energetika və digər sahələrdə tərəfdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar, həmçinin hibrid təhdidlərlə mübarizə və demokratik inkişafın möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью