Ermənistan və Fransa hərbi əməkdaşlıq proqramı imzalayıblar | Icma.az
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistan və Fransa arasında 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 10-da Ermənistan-Fransa strateji müdafiə əməkdaşlığı üzrə məsləhətləşmələr keçirilib.
Məsləhətləşmələr zamanı 2024-cü ildə görülən işlərin yekunları və növbəti il ​​üçün planlar müzakirə edilib və 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb.
Məsləhətləşmələr zamanı tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu