Ermənistan və Fransa müdafiə nazirləri ikitərəfli razılaşmalar barədə danışıblar AzPolitika onlayn siyasiictimai qəzet

17.12.2024

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Ermənistanın müdafiə naziri Suren Papikyan fransalı həmkarı Sebastian Lekornu ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Papikyan əvvəlki razılaşmaların həyata keçirilməsinin və yenilərinin əldə edilməsinin əhəmiyyətini vurğulayıb.

S.Lekornu isə Fransanın ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyə sadiqliyini bildirib.

Hər iki tərəf əməkdaşlığın uzunmüddətli institusional əsasda qurulduğunu bir daha təsdiqləyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью