Ermənistan və Gürcüstan parlamentlərinin sədrləri regionu müzakirə edib

03.06.2025

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Tbilisidə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyası məlumat yayıb.

Bildirilib ki, görüş zamanı parlamentlərarası əməkdaşlıqla bağlı geniş spektrli məsələlər müzakirə olunub.

Qeyd olunub ki, bundan əlavə Simonyan və Papuaşvili regional hadisələrlə bağlı da fikir mübadiləsi aparıblar.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью