Ermənistan və Gürcüstanda gərginlik: Azərbaycanın siyasi kursu fərqlənir | Icma.az
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son günlər Ermənistan və Gürcüstanda müxalifətin yenidən aktivləşməsi müşahidə olunur.
Hər iki Cənubi Qafqaz ölkəsində xaricdən idarə edildiyi ehtimal olunan qüvvələrin mərkəzi hakimiyyətə qarşı yeni aksiyalar keçirməyə hazırlaşdığı bildirilir.Ekspertlər iddia edir ki, Ukrayna müharibəsi bitərsə, Qərb və Rusiya Gürcüstan uğrunda yenidən mübarizəyə başlayacaqlar.
Həmçinin Ermənistanda hazırda güclənən Qərbyönümlü hakimiyyətlə Rusiyayönümlü keçmiş hökumət rəsmiləri arasında da müəyyən qarşıdurmanın ola biləcəyi deyilir.
Prosesin Azərbaycana da təsir etməsi, iki güc mərkəzinin Bakı uğrunda mübarizəyə başlamağa cəhd göstərmələri ehtimal olunur.Moskva və Brüsselin Bakı ilə bağlı planı nədir?
İki region ölkəsində gedən proseslər Azərbaycana necə təsir göstərə bilər?Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi ekspert Əli Zülfüqaroğlu bildirib ki, Ermənistanda və Gürcüstanda baş verən proseslər müəyyən qədər aydındır:“Çünki Qərb təşkilatlarının sıradan çıxarılması və Gürcüstan hökumətinin buna qarşı gözlənilən reaksiyası fonunda yenidən aksiyalara cəhdlər müşahidə oluna bilər.
Amma hazırda elə Birləşmiş Ştatlar hökuməti tərəfindən də müxtəlif donor təşkilatları adı altında pozucu fəaliyyət göstərən qurumların sıradan çıxarılması prosesi gedir.
Bu tendensiyanın ilk mərhələdə Avropa İttifaqı istisna olmaqla, sonradan bütün dünyanı əhatə etmə perspektivi var.
Tam oxu
Xəbəri oxu