Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Tbilisi, 2 fevral, AZƏRTAC
İrəvanda səfərdə olan Hindistan Müdafiə Qüvvələrinin qərargah rəisi Anil Çauxan erməni həmkarı Edvard Asryan ilə görüşüb.
AZƏRTAC Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu ölkənin müdafiə nazirinin müavini, baş qərargah rəisi E.Asryan həmkarına Ermənistan silahlı qüvvələrinin mövcud vəziyyəti, həyata keçirilən islahatlar və regiondakı proseslər barədə məlumat verib.
Görüşdə, həmçinin ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri, hərbi təhsil, hərbi təlimlərin səmərəliliyinin artırılması və müxtəlif sahələrdə təcrübə mübadiləsi barədə fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi