Ermənistan və İran səfirləri Rusiyada görüşdülər

28.11.2024

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 28-də İran Respublikasının Rusiyadakı səfirliyində Ermənistan Respublikasının Rusiyadakı səfiri Qurgen Arsenyan və İran İslam Respublikasının Rusiyadakı səfiri Kazem Cəlali arasında görüş keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin məlumatında deyilir. 

“Tərəflər Ermənistan və İran arasında ikitərəfli münasibətlər, regionun iqtisadi inkişafı imkanları və perspektivləri ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər”, - məlumatda deyilir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью