Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
- + Ermənistanda Qarabağdan könüllü köçmüş ermənilərin qayıdış məsələsi yenidən gündəmə gətirilib.
Tribunainfo.az xəbər verir ki, indiyə qədər bu barədə danışmayan Paşinyan hökumətinin rəsmiləri də nağıl danışmağa başlayıblar.
Belə ki, dünən Ermənistan parlamentində vətəndaşlıq haqqında qanuna əlavə və dəyişikliklərin edilməsi müzakirə olunub.
Bununla bağlı çıxış edən Ermənistan DİN başçısının müavini Armen Qazaryan deyib ki, yeni qanunda vətəndaşlıq məsələsinin qısa müddətdə həllini tapmaq üçün düzəlişlər nəzərdə tutulub.
O, Qarabağdan könüllü köçmüş ermənilərin geri qayıtması məsələsinə də toxunub.
Qazaryan iddia edib ki, Ermənistan vətəndaşlığı almaq Qarabağdan köçmüş ermənilərinin geri dönmə prosesinə heç bir mənfi təsiri yoxdur.
O, bunun beynəlxalq qanunlarla tənzimləndiyini desə də, hər hansı tutarlı arqument gətirməyib.